Modern.az

Bakıda reydlərə başlanıldı - Bu obyektlərin sahiblərinə xəbərdarlıq olundu

Bakıda reydlərə başlanıldı - Bu obyektlərin sahiblərinə xəbərdarlıq olundu

Ölkə

14 Mart 2020, 15:29

Bakıda reydlər keçirilir.

 

Bakı Şəhər İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə,  Nazirlər Kabineti Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq Bakı Şəhər Ticarət və Xidmət Departamenti rayon polis idarələri ilə birgə paytaxtın ictimai iaşə obyektlərində, kafe və restoranlarında qəlyan çəkilməsinin qarşısının alınması məqsədilə profilaktik tədbirlər və reydlər təşkil edir.

 

Bildirilib ki, qəlyan çəkilməsinin bir sıra virus infeksiyaların yayılmasına səbəb olacağı barədə müvafiq xəbərdarlıqların olmasına baxmayaraq hələ də bəzi kafe və restoranlarda bu hallara rast gəlinir:

 

"Səbail rayonunda “Sehirli Çıraq” kafesində, “Ağ ev” restoranında və bəzi digər obyektlərdə reydlər zamanı belə hallar aşkarlanıb. Departament rəsmiləri və hüquq-mühafizə orqanları tərəfindən belə obyektlərin sahiblərinə ciddi xəbərdarlıq edib.

 

Təəssüf ki, bəzi obyekt sahibləri tərəfindən pul qazanmaq həvəsi vətəndaşların hətta öz işçilərinin və yaxınlarının sağlamlığından daha üstün tutulur. Bununla bağlı müvafiq tədbirlər və reydlər davam etdirilir".

 

 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza