Paytaxtda əflaqsızlıq yuvası kimi fəaliyyət göstərən daha bir masaj salonu aşkar edilib.Daxili Işlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisindəki "Rusaloçka" masaj salonunda oranın inzibatçısı Leyla Qulamovanın əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib. Faktla bağlı araşdırma davam edir.
Modern.az