Modern.az

Rumıniyada fövqəladə vəziyyət tətbiq olunacaq

Rumıniyada fövqəladə vəziyyət tətbiq olunacaq

Dünya

15 Mart 2020, 00:46

Rumıniyada martın 16-dan fövqəladə vəziyyət tətbiq olunacaq.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Klaus Yohannis bildirib:

"Yeni hökumətin ilk prioriteti koronavirus epidemiyasına qarşı mübarizənin davamıdır. İndi var gücümüzlə bu mübarizəni davam etdirəcəyik. Qəbul ediləcək tədbirlərin vaxtında və səmərəli olması bu mübarizə üçün çox vacibdir. Mən, gələn həftənin əvvəlindən fövqəladə vəziyyət elan etməyə qərar verdim".

Prezidentin müşaviri onu da bildirdi ki, koronavirusla bağlı müayinədən keçmiş kabinetin bütün üzvlərinin analizlərinin nəticələri mənfi olub.

Son məlumatlara görə, Rumıniyada yeni növ koronavirusa yoluxmuş şəxslərin sayı 109-a çatıb.






Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi