Modern.az

Rusiyada evdən 4 uşağın yanmış meyiti tapıldı  

Rusiyada evdən 4 uşağın yanmış meyiti tapıldı  

15 Mart 2020, 08:35

Rusiyanın İrkutsk vilayətininin Tayşet şəhərində yanğın zamanı 4 uşaq yanaraq ölüb. 

 

Modern.az-ın “qazeta.ru”ya istinadən verdiyi xəbərə görə, hadisə Qornaya küçəsində yerləşən fərdi yaşayış evində baş verib.

 

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları alovu söndürdükdən sonra evdən 11 aylıq, 3, 4 və 6 yaşında 4 uşağın cəsədini tapıb.

 

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 109-cu (iki və ya daha çox şəxsin səhlənkarlıqdan ölümünə səbəb olma) maddəsi ilə cinayət işi açıb.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi