Modern.az

Türkiyədə Ümrə ziyarətindən qayıdan şəxsdə koronavirus aşkarlandı

Türkiyədə Ümrə ziyarətindən qayıdan şəxsdə koronavirus aşkarlandı

Dünya

15 Mart 2020, 08:40

Türkiyədə Ümrə ziyarətindən qayıdan bir nəfərdə yeni tip koronavirus (COVİD-19) aşkarlanıb.

 

Modern.az-ın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Twitter hesabında yazıb.

 

Nazir koronavirus infeksiyası ilə əlaqədar yeni götürülən test nümunələrin nəticələrinin pozitiv olmasından narahatlığını ifadə edib: “Son bir həftə içində ziyarətdən dönən yurddaşımızın test nəticələri çox təəssüf ki, pozitiv çıxdı. Yeni yoluxmaların baş verməsindən narahatıq”.

Bununla da koronovirusa yoluxma sayının Türkiyədə 6-ya çatdığını deyən nazir  xəbərdarlıq edərək bildirib ki, Ümrə ziyarətindən yeni qayıdan hər kəs 14 gün karantində qalma tələblərinə düzgün riayət etməlidirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi