Modern.az

Qafqaz Jurnalistika Məktəbində oxumaq istəyən azərbaycanlı gənclərə xəbər var

Qafqaz Jurnalistika Məktəbində oxumaq istəyən azərbaycanlı gənclərə xəbər var

Qarabağ

17 Aprel 2012, 15:12

ABŞ səfirliyi Gürcüstanın İctimai İşlər İnstitutunun (GİPA) Azərbaycan vətəndaşları olan namizədlər arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına tələbə qəbulu aparması haqda məlumat verib. Proqram üzrə dərslər ABŞ, Avropa Birliyi, Gürcüstan və Azərbaycandan olan müəllimlər tərəfindən aparılır. Bu proqram ABŞ-ın dövlət departamenti tərəfindən Açıq Cəmiyyət İnstitutunun əlavə yardımı ilə maliyyələşdirilir. Ümumilikdə proqramın məqsədi Qafqazda formalaşmaqda olan demokratik cəmiyyətdə medianın gücləndirilməsidir.

Səfirlikdən Modern.az-a bildirilib ki, Azərbaycandan seçiləcək 5 nəfər tələbə bu proqramda iştirak üçün seçiləcək. Proqram dörd semestr ərzində, sentyabr 2012-ci il - may 2014-cü  tədris ilində, Bakıda yerli universitetlərdən birində və Tiflis şəhərində GİPA-da keçiriləcək. Birinci və dördüncü semestrlər Bakıda yerli universitetdə keçiriləcək. Tələbələr 2013-cü ildə, ikinci və üçüncü semstrlərdə Gürcüstanda təhsillərini davam etdirəcəklər. 2014-cü ilin may ayında onlar diplom işlərini müdafiə etmək üçün yenidən məkətəbə qayıdacaqlar. GİPA-da təhsil aldıqları zaman tələbələrin kompüter, radio və video avadanlıqlardan, İnternet və zəngin kitabxanadan istifadə etmək imkanları olacaq. Proqram çərçivəsində tələbələr Brosse Street Journal adlanan jurnalın həm çap, həm də internet versiyasını buraxacaq və GİPA FM radiosu vasitəsilə xəbər proqramlarını yayımlayacaqlar.

Həm çap həm də tele-radio yayımı mediası nümayəndələri üçün nəzərdə tutulan tədris planı praktiki yanaşma və tomlanmış təcrübə prinsipləri üzərində qurulub və faktlarla əsaslanan peşəkar xəbər çatdirilmasını nəzərdə tutur. Burada həmçinin idarəçilik üsullarına və iqtisadiyyat və hüquq fənlərinin tədrisinə də diqqət ayrılacaq. Adı çəkilən məkəbin müəllim heyyəti və tədris planı mərkəzi USAID tərəfindən maliyələşdirilən dörd illik G-Media layihəsi çərçivəsində İREX Gürcüstan ofisi və ABŞ-ın Cənubi Karolina Universiteti tərəfindən təqdim olunub.

Dil imtahanından və müsabiqədən keçmək üçün namizədlərdən ingilis dili biliyi tələb olunur.  ABŞ-ın Bakıdakı səfirliyi tələbələrin Gürcüstanda olan zaman tədris haqlarını və yaşayışlarını maliyyələşdirəcək.

Qəbul üçün prosedur: ingilis dili imtahanı, inşa (ingilis dilində) və bu ilin sentryabrında Azərbaycan-Amerika qəbul komissiyası üzvlərinin Bakıda keçirəcəyi müsahibə. Sənədərin qəbulu üçün son müddət 31 may 2012-ci ildir.

(Əlavə məlumat və sənədlərin təhvili üçün əlaqə  - Gülçin Seyidova, proqramın yerli koordinatoru: E-mail:  [email protected] ).

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu