Modern.az

Rusiyanın iki şirkəti qara siyahıya düşdü

Rusiyanın iki şirkəti qara siyahıya düşdü

Dünya

15 Mart 2020, 09:29

ABŞ Ticarət Nazirliyi öz firmalarına Rusiyanın “Avilon” və “Technomar” şirkətləri ilə mal ixracını qadağan edib. 

 

Modern.az RİA Novosti-yə istinadən xəbər verir ki, nazirlik bu şirkətlərin ABŞ-ın milli təhlükəsizliyinə və yaxud xarici siyasətinə zidd fəaliyyətlərlə məşğul olduqlarını hesab edir.

 

Qeyd edək ki, “Avilon” şirkəti maşın və avadanlıqların, “Technomar” isə hidroqrafik və okeanoqrafiya avadanlıqlarının alqı-satqısını həyata keçirir.

 

Xatırladaq ki, 2016-cı ildə ABŞ Rusiyanın hidroqrafiya və dəniz geologiyası sahəsində fəaliyyət göstərən “Technopol Company” şirkətini analoji siyahıya salmışdı.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi