Modern.az

Baş nazirin həyat yoldaşında koronavirus aşkarlandı

Baş nazirin həyat yoldaşında koronavirus aşkarlandı

Dünya

15 Mart 2020, 09:35

İspaniyanın baş naziri Pedro Sançesin həyat yoldaşı Beqonya Qomes koronavirusa yoluxub.

 

Modern.az  “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin nazirlər kabinetinin mətbuat xidməti yayıb.

 

“Monkloa sarayında baş nazirə yaxın olan insanlardan analizlər götürülüb və onun həyat yoldaşı Beqonya Qomesdə müsbət nəticə çıxıb. Beqonya Qomes və hökumət başçısının vəziyyəti normaldır. Onlar sarayda qalmaqda davam edir və daim səhiyyə orqanları tərəfindən müəyyən edilmiş profilaktik tədbirlərə əməl edirlər”, - məlumatda deyilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi