Xarici İşlər Naziri (XİN) Elmar Məmmədyarov Belçikaya səfər edəcək. Bu barədə Modern.az-a XİN-nin mətbuat xidməti məlumat verib. Nazirlikdən bildirilib ki, Elmar Məmmədyarov aprelin 19-da keçiriləcək NATO-nun Şimali Atlantika Şurasının ISAF-a (Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri) tövhə verən dövlətlərin xarici işlər nazirləri ilə iclasında iştirak etmək məqsədilə Belçika Krallığına səfər edəcək.
Nazirin tədbir çərçivəsində ikitərəfli görüşlər keçirəcəyi nəzərdə tutulub. Modern.az