Modern.az

Türkiyədən Azərbaycana qayıtmaq istəyənlər 14-28 günlük karantinə alınacaq  

Türkiyədən Azərbaycana qayıtmaq istəyənlər 14-28 günlük karantinə alınacaq  

15 Mart 2020, 10:27
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırıldığından Azərbaycana qayıtmaq istəyən şəxslərin geri qaytarılması mexanizmi ilə bağlı 15 mart 2020-ci il tarixdə əlavə məlumat veriləcək.
 
 
Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan Modern.az-a verilən məlumatda qeyd olunub.
 
 
"Həmin şəxslərin Azərbaycana qayıtması üçün çarter reyslər ayrılacaq Türkiyədən qayıdan şəxslər müayinədən keçiriləcək və zərurət yarandığı halda, 14-28 günlük karantin rejimində saxlanılacaq", -  deyə bildirilib.
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir