Azərbaycan ordusunda növbəti qanlı hadisə baş verib.
Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Müdafiə Nazirliyinin Göygöl rayonunda yerləşən “N” saylı hərbi hissəsində Milli Ordunun əsgəri tabeliyində olan avtomatdan atəş açaraq iki əsgəri öldürüb, birini yaralayıb.
İlkin məlumatlara görə, hadisəni törədən əsgər Vüqar Məmmədovdur. O, avtomat silahdan atəş açaraq Pünhan Nağızadə (İmişli Rayon Hərbi Komissarlığı) və Müseyib Hüseynovu (Sumqayıt şəhər Hərbi Komissarlığı) öldürüb, Elçin Rəhimov (Suraxanı Rayon Hərbi Komissarlığı) və Məlik Məlikovu (Sabirabad Rayon Hərbi Komissarlığı) yaralayıb.
Modern.az