Modern.az

Azərbaycanın Gürcüstandakı səfirliyi “Qaynar xətt” yaratdı

Azərbaycanın Gürcüstandakı səfirliyi “Qaynar xətt” yaratdı

15 Mart 2020, 12:08

Gürcüstandakı Azərbaycan Səfirliyi koronovirus infeksiyasının yayılma riski ilə əlaqədar operativ “Qaynar xətt” xidməti yaradıb. 

 

Modern.az-ın  xəbərinə görə, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyinin facebook hesabında məlumat paylaşılıb.

 

Bildirilib ki, mümkün müraciətlərin səfirlik tərəfindən cavablandırılması məqsədi ilə vətəndaşlar +995 577 06 50 50 qaynar xətti vasitəsi ilə səfirliklə əlaqə saxlaya bilərlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza