İsveçrənin Cenevrə şəhərində keçiriləcək Gənclərin Məşğulluğu Forumunu işıqlandırmaq üçün 5 azərbaycanlı jurnalist bu şəhərə səfər etmək imkanı qazanacaq. Bu barədə Modern.az-a Xarici İşlən Nazirliyinin mətbuat xidməti məlumat verib.
Nazirlikdən bildirib ki, 23-25 may 2012-ci il tarixlərində Cenevrə şəhərində keçiriləcək Gənclərin Məşğulluğu Forumunu KİV-də məqalələr, müsahibələr vasitəsilə işıqlandıracaq 5 jurnalistə Beynəlxalq Əmək Təşkilatı (ILO) İsveçrəyə səfər etmək imkanı yaradacaq.
Seçilmiş jurnalistlərin Cenevrəyə səfərləri ilə bağlı beynəlxalq nəqliyyat və mehmanxana xərcləri ILO Katibliyi tərəfindən ödəniləcək. Müsabiqə ilə bağlı aşağıdakı meyarlar müəyyənləşdirilib:
Jurnalistlərin yaşı 30-dan aşağı olmalıdır;
Jurnalistika təcrübəsinə malik olmalıdır (media, foto, video və radio);
İngilis, fransız və yaxud ispan dilini işçi səviyyədə bilməlidir; BMT-nin digər rəsmi dillərindən hər hansı birini də bilmək faydalıdı.
Müsabiqədə iştirak etmək niyyətində olan jurnalistlərdən aşağıdakı məlumatların 18 aprel 2012-ci il tarixinədək [email protected] (subject: “I am a young journalist”) elektron ünvanına göndərmələri xahiş olunur:
Tərcümeyi-hal;
İştirak etməyin səbəblərini əks etdirən müşayiət məktubu;
Namizədlərin jurnalistika təcrübəsini əks etdirən 2 - 3 məqalə, video material və s.
Modern.az