Modern.az

Qazaxıstan fövqəladə vəziyyət elan etdi

Qazaxıstan fövqəladə vəziyyət elan etdi

15 Mart 2020, 14:31

Koronavirusun yayılması səbəbindən Qazaxıstanda fövqəladə rejim tətbiq olunub.

 

Modern.az  xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev əmr imzalayıb.

 

“Vətəndaşların həyatını və sağlamlığını qorumaq məqsədilə ölkənin bütün ərazilərində 16 mart saat 08:00-dan 15 aprel saat 07:00-a qədər fövqəladə vəziyyət elan olunsun”, - əmrdə bildirilib.

 

Eyni zamanda fövqəladə rejimin tətbiq olunması məqsədilə prezident yanında dövlət komitəsi də yaradılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir