Modern.az

Türkiyədə 4,1 bal gücündə zəlzələ olub

Türkiyədə 4,1 bal gücündə zəlzələ olub

15 Mart 2020, 15:20

Türkiyənin Osmaniyə şəhərində yerli vaxtla 13.35-də Rixter şkalası üzrə 4.1 bal gücündə zəlzələ baş verib.

 

Modern.az-ın Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla verdiyi xəbərə görə, zəlzələ yerin 19 kilometr dərinliyində qeydə alınıb.

 

 Qeyd edək ki, bu ilin təkcə son iki ayı ərzində Türkiyədə 10 min 800 yeraltı təkan olub. Yanvarın 24-də mərkəzi Türkiyənin Elazığ şəhərində baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində 41 nəfər həlak olub, çox sayda tikintiyə zərər dəyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi