Modern.az

“İdlibdə Rusiya ilə birgə birinci post-patrul xidməti başa çatıb” - Türkiyə Müdafiə Nazirliyi

“İdlibdə Rusiya ilə birgə birinci post-patrul xidməti başa çatıb” - Türkiyə Müdafiə Nazirliyi

15 Mart 2020, 15:31

Suriyanın şimalında İdlib vilayətində Türkiyə ilə Rusiyanın birgə birinci post-patrul xidməti başa çatıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirlib.

 

Açıqlamada qeyd olunub ki, İdlibdəki M4 quru yolunda Türkiyə ilə Rusiya hərbçilərinin quruda və havada birgə post-patrul fəaliyyəti icra edilib.

 

Qeyd edək ki, Türkiyə ilə Rusiya arasında 5 martda Moskvada imzalanan İdlib müqaviləsindən sonra bu, tərəflər arasında ilk birgə post-patrul xidmətidir.

 

Suriyada atəşkəsi təmin etmək üçün qəbul edilən 14-cü razılaşmaya görə, birgə fəaliyyətin davam edəcəyi gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi