Modern.az

Masallının yeni icra başçısı ağsaqallarla görüşdü - FOTO

Masallının yeni icra başçısı ağsaqallarla görüşdü - FOTO

17 Aprel 2012, 16:39

Aprelin 16-da Masallı Rayon İcra Hakimiyyətində ağsaqqallar və ziyalılarla görüş keçirilib. Modern.az-ın məlumatına görə, Masallı rayon İcra Hakimiyyətinin yeni başçısı Rafil Hüseynov rayonda görülən, görüləcək işlərdən danışıb.

Sonra Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Əsədov, Masallı şəhər sakini Rafiq Bağırov, Əməkdar müəllim Qurban Qurbanov, ziyalı Ağamməd Nuriyev və başqaları çıxış edərək müxtəlif məsələrlərdən danışıblar. Natiqlər bütün Masallı ictimaiyyəti adından Masallı rayonuna olan diqqət və qayğıya görə ölkə maşçısına minnətdarlıqlarını bildiriblər. Daha sonra isə həlli vacib olan məsələlərdən bəhs edərək qazlaşdırılmanın yekunlaşdırılmasını, ucqar kəndlərə içməli suyun çəkilməsini və artezian quyularının qazılmasını, yolların təmirini, çayçılığın bərpa olunmasını diqqət mərkəzinə çatdırıblar. Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq irəli sürülən təkliflərin proqramlaşdırılaraq tədricən həll olunacağını bildirib.
Xatırladaq ki, aprelin 14-də Prezident İlham Əliyevin sərəncamı ilə Qəzənfər Ağayev Masallı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Ölkə başçısı bu posta Rafil Hüseynovu gətirib.



Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu