Modern.az

Gürcüstan və Rusiya arasında gediş-gəliş məhdudlaşdırıldı

Gürcüstan və Rusiya arasında gediş-gəliş məhdudlaşdırıldı

Dünya

15 Mart 2020, 17:57

Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə martın 16-dan etibarən Gürcüstan və Rusiya arasında vətəndaşların gediş-gəlişi müvəqqəti məhdudlaşdırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə razılıq Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze və Rusiya Federal Məclisinin Federasiya Şurasının üzvü, senator Qriqori Karasin arasında aparılan telefon danışığı zamanı əldə olunub.

 

Məhdudiyyətlər yük daşımalarına şamil olunmayacaq. Tərəflər vətənə qayıtmaq istəyən vətəndaşlara şərait yaradacaqlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular