Modern.az

“Barselonadakı tələbələrin Azərbaycana qayıtmaq fikri yoxdur” – Diaspor sədri

“Barselonadakı tələbələrin Azərbaycana qayıtmaq fikri yoxdur” – Diaspor sədri

Aktual

15 Mart 2020, 18:13

"Azərbaycanlı tələbələrlə tez-tez əlaqə saxlayırıq, Novruz bayramına görə tədbir təşkil etməli idik virusa görə təxirə salındı"

 

Modern.az xəbər verir ki, bunu Barselonadakı Azərbaycan Cəmiyyətinin sədri Kərim Kərimov bildirib. Kərim Kərimov diaspor təşkilatının vətəndaşlarımızla mütəmadi əlaqədə olduğunu vurğulayıb:

 

"Artıq bir neçə gündür ki, Səhiyyə Nazirliyindən qərar verildi ki, böyük tədbirlər təxirə salınsın. İspaniyada daha çox azərbaycanlı tələbələrlə, eyni zamanda vətəndaşlarımızla tez-tez əlaqə saxlayırıq. Bu ərəfələrdə Novruz bayramı ilə əlaqədar olaraq yığışıb tədbirlər təşkil edirdik amma virusun yayılması bu tədbirləri də təxirə saldı. Vətəndaşlarımızla mütəmadi ünsiyyət deməyə imkan verir ki, burda yaşayan azərbaycanlılarda hələ virusa yoluxma halı qeydə alınmayıb. İndiki vəziyyətdə onlara tövsiyə edirik ki, dövlətin də göstəriş verdiyi kimi gigiyena məsələlərinə diqqət yetirsinlər".

 

  1. Kərimov azərbaycanlı tələbələrin Bakıya qayıtmaq kimi fikrinin olmadığını deyir: "Bir neçə gündür ki, universitetlərdə dərslər təxirə salınıb. Lakin tələbələrin Azərbaycana qayıtmaq kimi fikri yoxdur. Çünki onlar Bakıya qayıdacağı halda 2 həftə karantində qalmalıdırlar. Bu da artıq uzun müddətdir çünki dərslər mart ayının 26-sı başlayacaq. İspaniyada Azərbaycandan gələn vətəndaşlar da karantin altından saxlanılır. Biz indi Kataloniyada yaşayırıq. Burda indiyədək bütün azərbaycanlılarla Barselonadakı Azərbaycanlılar Cəmiyyəti əlaqə saxlayıb. İndiyədək vətəndaşlarımızın hər hansı problemi olanda bizimlə əlaqə saxlayıb, biz də səfirliyə ya da aiddiyyəti orqanlara müraciət etmişik. Vətəndaşlardan kimsə ölkəni tərk etmək istədiyi təqdirdə konsulluqla əlaqə saxlayırıq onlar da qısa zaman ərzində bizə cavab verirlər. Düzdür şəhərdə məktəblər, iş yerləri bağlanıb amma təxliyyə məsələsi ilə əlaqədar azərbaycanlılardan bizə müraciət daxil olmayıb. Onu da bildirim ki, İspaniyada azərbaycanlıların sayı çox deyil, burda ümumilikdə 2 min azərbaycanlı yaşayır".
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...