Modern.az

Ağdaş sakinindən narkotik götürüldü

Ağdaş sakinindən narkotik götürüldü

16 Mart 2020, 09:46

Ağdaş Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Ağdaş şəhər sakini, 40 yaşlı Rəşad Hüseynov saxlanılıb.

 

Şəxsi axtarış zamanı ondan sellofan torbada ümumi çəkisi 465 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU