Astara rayon İcra Hakimiyyətinin yenibaşçısı Qəzənfər Ağayev də rayon ağsaqqalları ilə görüşüb. Modern.az saytı xəbər verir ki, aprelin 16-da keçirilən görüşdə Qəzənfər Ağayev rayon ağsaqqallarına dəvəti qəbul edib gəldiklərinə görə minnətdarlıq edib. O ölkə rəhbərinin yüksək etimad göstərərək onu Azərbaycanın səfalı guşələrindən biri olan Astara rayonuna başçı təyin etdiyinə görə Prezidentə hörmət və ehtiramını bildirib.
Q.Ağayev Astara rayonun gələcəkdə daha da inkişaf edib ən abad və səliqəli guşələrdən birinə çevrilməsi üçün əlindən gələni edəcəyinə söz verib, bu işdə bütün rayon sakinlərinin birgə əmək sərf etməsinin vacibliyini bildirib. Tədbirdə YAP rayon təşkilatı Ağsaqqallar Şurasının sədri Həsən İbrahimov, Təngərüd inzibati ərazi dairəsi nümayəndəliyi üzrə Ağsaqqallar Şurasının sədri Allahverən Həmidov, Ərçivan inzibati ərazi dairəsi nümayəndəliyi üzrə Ağsaqqallar Şurasının sədri Müzəffər Əzizov, Respublikanın Əməkdar müəllimi, Təngərüd kənd sakini Seyran Babayev çıxış edərək, Prezident İlham Əliyevin bu sərəncamını alqışlayıblar, bütün rayon sakinlərinin ölkə rəhbərinə minnətdarlığını bildiriblər.