
Azərbaycan Müdafiə Nazirliyi Şəmkir hərbi birləşməsinin N saylı hərbi hissəsində ölümlə nəticələnən ağır cinayət hadisəsi barədə rəsmi məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən
Modern.az-a bildirilib ki, hadisə aprelin 17-də törədilib.
Belə ki, Əsgər Məmmədov Vüqar İntiqam oğlunun tabeliyində olan avtomat silahından açılan atəş nəticəsində əsgərlər Nağızadə Pünhan Kamran oğlu və Hüseynov Müseyib Azad oğlu dünyasını dəyişib, digər iki əsgər isə yaralanıb.
Əsgər Məmmədov həbs edilərək fakt üzrə cinayət işi başlanılıb. Hazırda Müdafiə Nazirliyinin yüksək zabit heyətindən ibarət komissiyası Hərbi Prokurorluqla birlikdə hadisənin səbəblərini araşdırır.
Modern.az