Modern.az

Nəqliyyat Nazirliyindən “Eurovision 2012" ilə bağlı yenilik

Nəqliyyat Nazirliyindən “Eurovision 2012" ilə bağlı yenilik

18 Aprel 2012, 10:00

“Eurovision 2012" mahnı müsabiqəsi ərəfəsində paytaxt qonaqlarının və şouya tamaşa etmək istəyənlərin rahatlığını təmin etmək məqsədilə Bakıda yeni avtobus marşrutları açılacaq. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun Modern.az-a verdiyi xəbərə görə, marşrutlar 6 xətt üzrə hərəkət edəcək:
“Marşrutlar turistləri, rəsmi qonaqları Heydər Əliyev Hava Limanından, Azadlıq meydanından, “Bakı Kristal Holl”a və digər otellərə aparmaq üçün nəzərdə tutulub. Bunun üçün hərəkət sistemləri tənzimlənir. Bu məqsədlə 4 ədəd dispetçer məntəqəsi yaradılacaq - ikisi Azadlıq meydanında, biri Binə Hava Limanında, biri isə “Baku Kristal Holl”da. Dispeçer məntəqələri həmin avtobusların hərəkətini müəyyənləşdirəcək. Həmin avtobusların şəhərin hansı küçələrdən keçəçəksə, artıq hərəkət sxemləri hazırdır. Eyni zamanda şəhərdə 465 taksi dayanacağından 22-si bu məqsədlə ayrılıb. Həmin dayanacaqlarda “London taksi”ləri dayanacaqlar. Onlar da qonaqlara xidmət edəcəklər. Təhlükəsizlik tədbirləri də yüksək səviyyədə olacaq. Bunun üçün Daxili İşlər Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti də təhlükəsizlik üçün müvafiq tədbirləri gücləndirəcək”.

Nəqliyyat Nazirliyinin sözçüsü avtobusların yalnız  xarici qonaqların və turistlərin istifadəsi üçün nəzərdə tutuluduğunu dedi. Onun sözlərinə görə, nəqliyyatın intellektual idarəetmə sistemi hələ ki yoxlanılır. Ona görə də ilin ikinci yarısından etibarən avtobusların kart sisteminə keçməsinə başlanılacaq:
“Amma bu məsələ ilə bağlı tədbirlər nəzərdə tutulub. Bununla bağlı postterminalların quraşdırılması olacaq. Avtobuslarda aparılma və gətirilmə hansı qaydada olacaq, o yaxın günlərdə müəyyənləşəcək”.  

Onu da qeyd edək ki, müsabiqədə iştirak edəcək hər ölkənin nümayəndə heyətinə 24 saat ərzində 2 nəqliyyat vasitəsi veriləcək. 

Gültəkin Ələsgər

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu