Modern.az

Azərbaycan 195 ölkə ilə idxal-ixrac əməliyyatları icra edib

Azərbaycan 195 ölkə ilə idxal-ixrac əməliyyatları icra edib

16 Mart 2020, 17:25

2020-ci ilin yanvar ayında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 133 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 71 ölkəyə məhsul ixrac olunub, 124 ölkədən idxal olunub.

 

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 2372,3 milyon ABŞ dolları təşkil edib:

 

“Ticarət dövriyyəsinin 1651,4 milyon dollarını və ya 69,6 faizini ölkədən ixrac olunmuş məhsulların, 720,9 milyon dollarını (30,4 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 930,5 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2019-cu ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 5,5 faiz, real ifadədə 18,1 faiz, o cümlədən idxal 45,0 faiz azalıb. İxracda isə 0,5 faiz artım müşahidə olunub.

 

2020-ci ilin yanvar ayında qeyri neft-qaz məhsullarının ixracı 2019-cu ilin yanvar ayına nisbətən faktiki qiymətlərlə 2,5 faiz artmış, real ifadədə isə 5,8 faiz azalaraq 140,8 milyon dollar təşkil edib”.

 

“İxracın 53,6 faizini İtaliyaya, 8,5 faizini İsrailə, 5,8 faizini Türkiyəyə, 4,4 faizini Tunisə, 4,0 faizini Ukraynaya, 3,1 faizini Çexiyaya, 2,8 faizini Portuqaliyaya, 2,4 faizini Almaniyaya, 2,3 faizini Rusiyaya, hər biri 2,2 faiz olmaqla Avstriya və İspaniyaya, hər biri 1,9 faiz olmaqla Fransa və Xorvatiyaya, 1,8 faizini Yunanıstana, 3,1 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

 

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,3 faiz), Türkiyəyə (23,5 faiz), İsveçrəyə (12,1 faiz), Gürcüstana (6,0 faiz), Çinə (4,2 faiz), İtaliyaya (2,9 faiz), Ukraynaya (2,2 faiz), Braziliyaya (2,2 faiz), Almaniyaya (1,6 faiz), Qazaxıstana (1,3 faiz), Yunanıstana  (1,2 faiz), İrana (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

 

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,2 faizi Rusiya, 15,8 faizi Çin, 14,1 faizi Türkiyə, 6,1 faizi Almaniya, 4,1 faizi ABŞ, hər biri 3,9 faiz olmaqla Türkmənistan və İtaliya, 3,5 faizi Ukrayna, 3,3 faizi İran, 2,6 faizi Birləşmiş Krallıq, 1,9 faizi Fransa, hər biri 1,8 faiz olmaqla Koreya və Yaponiya, 1,3 faizi Meksika, 19,7 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

 

2020-ci ilin yanvar ayında 2019-cu ilin yanvar ayı ilə müqayisədə mühüm məhsul növlərindən bitki yağlarının ixracı 9,3 dəfə, meyvə və tərəvəz konservləri – 1,8 dəfə, meyvə və tərəvəz şirələri – 1,7 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar – 3,9 dəfə, kartof – 17,3 faiz, polietilen – 1,6 dəfə, emal olunmamış alüminium – 5,1 faiz, pambıq ipliyi – 3,7 dəfə, qara metallardan borular – 25,3 faiz, bentonit gili – 18,4 faiz artmış, təzə meyvə ixracı isə 22,7 faiz, təzə tərəvəz – 17,0 faiz, şəkər – 44,5 faiz, tütün – 67,1 faiz, çay – 56,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 87,3 faiz, pambıq lifi – 11,7 faiz azalıb”.

 

“2019-cu ilin yanvar ayı ilə müqayisədə 2020-ci ilin yanvar ayında bitki yağlarının idxalı 6,8 faiz, çay – 1,9 dəfə, kərə yağı, digər süd yağları və pastaları – 40,3 faiz, təzə tərəvəz – 8,5 faiz, minik avtomobilləri – 2,5 dəfə, polad prokatı – 47,6 faiz, qara metallardan çubuqlar – 2,3 dəfə, hesablama maşınları, blok və qurğuları – 1,6 dəfə, yük avtomobilləri – 35,8 faiz,  polietilen – 30,9 faiz, avtobuslar – 2,0 dəfə, paltaryuyan maşınlar – 42,1 faiz, məişət soyuducuları – 2,5 dəfə artmış, buğda idxalı isə 54,4 faiz, təzə meyvə – 6,4 faiz, kartof – 13,5 faiz, quş əti və onun əlavə məhsulları – 10,5 faiz, mal əti – 12,2 faiz, xam şəkər və şəkər – 81,1 faiz, siqaret – 94,3 faiz, qara metallardan borular – 7,9 faiz, rezin şinlər – 32,1 faiz, mebellər – 13,8 faiz, qara metallardan künclüklər – 48,0 faiz, mineral gübrələr – 90,6 faiz, sement və sement klinkerləri – 54,9 faiz, məişət kondisionerləri – 53,6 faiz azalıb”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi