Modern.az

Yol polisi sürücülərə xəbərdarlıq etdi

Yol polisi sürücülərə xəbərdarlıq etdi

Təhsil

18 Aprel 2012, 11:32

Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Quba yolunda körpünün uçması ilə əlaqədar sürücülərə müraciət edib. Xəbərdarlıqda deyilir:

"Bakı-Quba-Rusiya sərhədi yolunun 156-cı km-də, Qaraçay üzərindəki körpünün daşqın səbəbindən bir hissəsinin çökməsi nəticəsində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Bunula əlaqədar Baş DYP İdarəsi Bakıdan Qubaya, eləcə də əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələri sürücülərdən xahiş edir ki, həmin istiqamətlərə getmək üçün Gəndob-Xaçmaz-Quba və ya Gəndob-Yalama alternativ yollarından istifadə etsinlər".

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu