Modern.az

Milli Ordunun əsgəri intihar edib

Milli Ordunun əsgəri intihar edib

18 Aprel 2012, 11:42

Azərbaycan Ordusunun əsgəri özünü öldürüb. Modern.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin APA-ya bildirildiyinə görə, hadisə Bərdədə yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb. Milli Ordunun əsgəri, 19 yaşlı Yaqub Şahin oğlu Nəsrullazadə tabeliyindəki silahla özünü vuraraq intihar edib. Hadisə ilə bağlı araşdırma aparılır.

Y. Nəsrullazadə Bakının Binəqədi Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu