2012-2013-cü il tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə sənəd qəbulunda iştrak etmək üçün saat 11-30-a olan məlumata görə 5405 abituryent bölmə və ixtisas qrupları üzrə öz elektron ərizələrini təsdiqləyib.
Bu barədə Modern.az-a Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) mətbuat xidməti məlumat verib.
Qeyd edək ki, ali təhsil müəssisələrinə sənəd qəbulu 10 aprel – 16 may aralığında aparılacaq. Aprelin 16-dan mayın 18-dək isə ərizələrin təsdiqlənməsi həyata keçiriləcək.
Bölmə və ixtisas qrupları üzrə təsdiqlənmiş elektron ərizələrin sayı haqqında məlumat
| İxtisas qrupları |
| |||
Bolmə | I qrup | II qrup | III qrup | IV qrup | Cəmi |
Azərbaycan | 1122 | 789 | 1321 | 614 | 3846 |
Rus | 466 | 460 | 464 | 169 | 1559 |
Cəmi | 1588 | 1249 | 1785 | 783 | 5405 |
Mail Ağaxanov