Modern.az

Qənirə Paşayeva insanları koronavirusa ciddi yanaşmağa ÇAĞIRDI

Qənirə Paşayeva insanları koronavirusa ciddi yanaşmağa ÇAĞIRDI

17 Mart 2020, 13:30

"İtaliyada insanların koronavirus təhlükəsini ciddiyə almamaları ölkədə bu virusun sürətli yayılmasına səbəb oldu. Ona görə də insanlarımız bu virusa ciddi yanaşmalıdır".

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin bu gün keçirilən iclasında deyib.

 

Deputat bildirib ki, insanlar bu virusla mübarizəyə ciddi yanaşmalıdır:

 

“Hər birimiz Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi təlimatlarının həyata keçirilməsində fəal olmalıyıq. Əgər fəal olarıqsa, biz bu virusun qarşısını tez bir zamanda almış olarıq”.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi