Modern.az

Bakı Meriyası İctimai Palataya hələ də cavab verməyib

Bakı Meriyası İctimai Palataya hələ də cavab verməyib

18 Aprel 2012, 12:13

İctimai Palatanın aprelin 22-nə müəyyənləşdirdiyi yürüş-mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə göndərdiyi məktuba icra orqanı tərəfindən hələ də cavab verilməyib. Bu barədə İP-in Koordinasiya Şurasının üzvi Gülağa Aslanlı Modern.az-a açıqlamasında bildirib. G.Aslanlı qeyd edib ki, Bakı meriyasının müxalifətin mitinqlə bağlı müraciətinə bu gün cavab verəcəyi gözlənilsə də hələki yeni bir məlumat yoxdur.

“Bu gün cavab verilməsi gözlənilirdi. Amma hələ də bir cavab verilməyib. Əlaqə telefonlarına düşə bilmirik. Bu artıq Bakı Şəhər İcra Hakimiyyəti üçün yazılmamış bir qanuna çevrilib. Qanuna əsasən ən azı 3 gün qalmış cavab verilməlidir. Onlarda adətən son məqamda saat 17:00-dan sonra cavab verirlər. Bu artıq adət halını alıb. Hələ gözləyirik”-deyə G.Aslanlı əlavə edib.

Qeyd edək ki, İctimai Palata 22 aprel yürüş-mitinqinin keçirilməsi üçün meriyadan «Nərimanov», «Təbriz» kinoteatrları və ya metronun «Dərnəgül» stansiyası istiqamətindəki marşrutlardan biri istəyib.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu