Modern.az

Müsavat Partiyası: “Nazirlik müxtəlif bəhanələrlə görüşdən imtina edir”

Müsavat Partiyası: “Nazirlik müxtəlif bəhanələrlə görüşdən imtina edir”

18 Aprel 2012, 12:17

Müsavat Partiyasının qurultay problemi hələ də öz həllini tapmayıb. Partiya bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə, Mədəniyyət və Turizm Nazirliyinə müraciət etsə də, müsbət bir cavab əldə edə bilmir. Partiyanın başqan müavini Gülağa Aslanlı hazırki durumla bağlı Modern.az-a açıqlamasında bildirib ki, Əbülfəz Qarayevin rəhbərlik etdiyi nazirliyin əməkdaşları məsələ ilə bağlı onlarla danışmaqdan boyun qaçırırlar.

“Qurultayla bağlı heç bir məlumat ala bilmirik. Demək olar ki, hər gün biz əlaqə saxlamağa çalışsaqda bu cəhdimiz baş tutmur. Müxtəlif bəhanələr gətirirlər. Guya işləri çoxdur. Bir sözlə bizimlə görüşdən imtina edirlər”-deyə G.Aslanlı qeyd edib.

Xatırladaq ki, Müsavat Partiyasının qurultay keçirmək üçün nəzərdə tutduğu Opera və Balet Teatrı Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olduğu üçün məsələyə cavabdeh də məhz adıçəkilən nazirlikdir.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu