Modern.az

Gənclər korrupsiya ilə mübarizəni musiqi ilə aparacaq

Gənclər korrupsiya ilə mübarizəni  musiqi ilə aparacaq

18 Aprel 2012, 12:37

Dünya Bankının nəzdində fəaliyyət göstərən “Gənclərin Global Antikorrupsiya Şəbəkəsi” (GYAC) gənclərin korrupsiya ilə mübarizəsi çərçivəsində yeni bir təşəbbüslə çıxış edib. Şəbəkənin  Cənubi Qafqaz üzrə eksperti və İdarə Heyətinin üzvü Vüsalə Hüseynlinin verdiyi məlumata görə, Büronun son qərarına görə gənclərin bu təşəbbüsün dəstəklənməsində kütləviliyi təmin etmək və onlara  dünyanın  dili ilə müraciətlə etmək üçün bunu musiqinin dilinə çevirməklə bağlı qərar qəbul olunub: “Təbliğat çarxı  olduqca maraqli alınıb. Biz düşünürük ki, əgər bu istiqamətdə dünyada neqativ hallar varsa bununla sivil qaydada, qanunlar çərçivəsi ilə yanaşı  musiqi dili ilə də mübarizə aparmaq mümkündür. Bu da maarifləndirmənin bir yoludur. İnanlram ki, bu metod çox effektli rol oynayacaq. Təbii ki son qərarı yenə də  gənclər verəcək”.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu