Modern.az

Azərbaycandan 5 nəfərlik nümayəndə heyəti Litvaya gedəcək

Azərbaycandan 5 nəfərlik nümayəndə heyəti Litvaya gedəcək

18 Aprel 2012, 13:06

Modern.az saytının qonağı olan “Dialoq Avrasiya” platformasının Azərbaycan üzrə təmsilçisi Mustafa Saatçı may ayında Litvanın Vilnüs şəhərində gənclik forumunun keçiriləcəyini bildirib.

“Birinci forum Türkiyənin Antalya şəhərində, ikinci görüş Astanada keçirilib, üçüncüsü isə Vilnwsda keçiriləcək. Mövzu sosial problemlərin həllində gənclərə düşən rol haqqındadır. Oraya Avrasiya coğrafiyasından, Avropadan alimlər,  gənclik təşkilatlarından nümayəndələr gələcəklər. Biz Azərbaycandan 5 nəfərlik nümayəndə heyəti ilə iştirak edəcəyik. Onlar arasında  danışman, müzakirəçi, mədəni mənsublar da olacaq.

Ancaq platformanın proqramında bundan əlavə sentyabrda keçiriləcək qadınlarla bağlı və noyabr ayında Antalyada olacaq iqtisadi forum da var”.

Şahanə Rəhimli  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu