Modern.az

Azərbaycanda vəzifəli şəxs hakim qarşısında

Azərbaycanda vəzifəli şəxs hakim qarşısında

18 Mart 2020, 10:00

Gəncə Dövlət Universitetinin dekan müavini Anar Yusifov barəsində açılan cinayət işi yekunlaşıb. 

 

Modern.az xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 312-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb. 

 

A.Yusifovun barəsində aparılan ibtidai istintaq artıq başa çatıb. Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

 

İş hakim Dadaş İmanovun icraatına verilib. 

 

Məhkəmənin hazırlıq iclası martın 30-a təyin edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu