Rəsmi olaraq Şimali Koreya hakimiyyəti ölkədə koronavirus infeksiyası ilə əlaqəli heç bir hadisəni təsdiqləməyib.
Şimali Koreya beynəlxalq ticarətinin böyük əksəriyyətini təşkil edən Çin ilə quru sərhəddi bağlamaqla Çində COVID-19 yayılmasına reaksiya verən ilk ölkələrdən biridir. Şimali Koreya yanvar və fevral aylarında hərbi təlim fəaliyyətini də əhəmiyyətli dərəcədə azaltdı.
Lakin bir neçə gün əvvəl ölkənin lideri Kim Çen Inın yeni təlimdə iştirak edib. Fotoda o, üz maskalarında olan hərbçilərin əhatəsində artilleriya təlimlərini izləyir. Lakin KXDR lideri Kim Çen Inı özü maska taxmayıb.
Mütəxəssislərin fikrincə, məqsəd ölkə rəhbərini təhlükədən qorumaqsa, görülən tədbirlər yetərli deyil. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) maskalar taxmağı yalnız artıq yoluxmuş insanlara tövsiyə edir, buna görə Kim Çen In - əgər sağlamdırsa - həqiqətən ehtiyac duyulmur. Maska yalnız başqalarına yoluxmamaq üçün xəstə olanlar tərəfindən geyilməlidir. Əgər KXDR liderini müşayiət edən generallara koronavirus diaqnozu qoyulduğunu fərz etsək, maskalar geyinməlidirlər. Lakin Kim Çen Inın tam təhlükəsizliyi üçün onlar ən azı bir metr uzaqlaşmalı, təsadüfən və ya bilərəkdən üzünə toxunmaması üçün əllərini bağlamalı idilər. Bu olmasa maska tapmağın mənası yoxdur. Onu müşayiət edən generallar daha yaşlı olduğundan risk qrupuna aid edilə bilər.
Cənubi Koreyada olan Amerika zabiti general Robert B. Abrams isə, (COVID-19) pandemiyasının Pxenyanın sıfır təsdiqlənmiş halı elan etməsinə baxmayaraq koronavirsun Şimali Koreyaya yayıldığını "kifayət qədər əmin olduğunu" bildirir.
Şöhrət Eyvazov