“Azərbaycan Respublikasının yeni milli strategiyası işlənir və bu 2012-2017-ci illəri əhatə edəcək yetkinlik dövrüdur. Hesab edirəm ki, bu ərəfədə korrupsiya mövzüsunun gündəmdə olması başadüşüləndir”. Bunu Modern.az-a açıqlamasında İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu pezidenti İlham Əliyevin Nazirlər Kabinetində sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclası zamanı korrupsiyaya qarşı mübarizənin davam etdirilməsi barədə dediyi sözləri şərh edərkən vurğulayıb.
Q.İbadoğlunun sözlərinə görə, bu istiqamətdə beynəlxalq diqqət var və Azərbaycan müəyyən müzakirələrə də qoşulub.
“Hal-hazırda Braziliyada “Açıq Hökümət Tərəfdaşlığı” mövzüsündə beynəlxalq forum keçirilir. Azərbaycan höküməti də həmin foruma qatılıb. Forumda müzakirə olunacaq məsələlərin əsas istiqamətlərindən biri də “Elektron hökümət” və korrupsiya ilə mübarizədir”.
Q.İbadoğlu deyir ki, bu məsələnin yenidən gündəmə gətirilməsinin real nəticələrinə inanmır:
”İnanmıram korrupsiya ilə mübarizə istiqamətində əhmiyyətli nəticələr əldə olunsun”.
Onun sözləriinə görə, korrupsiyaya qarşı mübarizə üçün vacib olan məsələlər var.
“Heç olmasa Azərbaycanda dövlət məmurları əmlakları, gəlirləri haqqında deklorasiya verərdilər. Bu korrupsiya ilə mübarizə haqqında qanunun 5-ci maddəsində də nəzərdə tutulub. Azərbaycan bununla bağlı qonşu ölkələrlə müqayisədə çox pis vəziyyətdədir. Çünki ölkədə korrupsiyaya mübarizənin ən elementar tərkib hissəsi olan dövlət məmurlarının gəlirlərinin açıqlanması ilə bağlı ayrıca qanunun qəbul olunmasına baxmayaraq, hələ də bu proses başlanmayıb”.
Q. İbadoğlunun sözlərinə görə, nə qədər ki, Azərbaycanda dövlət məmurları öz gəlirləri və əmlakları barədə məlumatları ictimayətə açıqlamırlar, bir o qədər də Azərbaycanda korrupsiya mübarizədən danışmağa dəyməz.
Mail Ağaxanov