Modern.az

Qızıl Aypara Cəmiyyəti koronavirusla bağlı maarifləndirici işlərə başladı - FOTOLAR

Qızıl Aypara Cəmiyyəti koronavirusla bağlı maarifləndirici işlərə başladı - FOTOLAR

Aktual

18 Mart 2020, 14:19

Dünya ölkələri arasında sürətlə yayılan koronavirus infeksiyasının insanlar arasında yoluxma riskinin azaldılması məqsədilə, Azərbaycan Hökumətinin həyata keçirdiyi bütün zəruri fəaliyyətlərə dəstək olaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları və könüllüləri maarifləndirmə işlərinə başlayıb.

 

Modern.az-ın məlumatına görə, Cəmiyyətin prezidenti, millət vəkili Novruz Aslanovun tapşırığına əsasən bütün ayparaçılar bu işdə səfərbər olublar.

 

Əsasən ictimai yerlərdə vətəndaşlara koronavirusdan qorunmağa dair maarifləndirici çap vəsaitləri paylanılır və bu mövzuda izahatlar verilir. Belə tədbirlərin nəinki, Bakı şəhərində, həmçinin respublikanın digər şəhər və rayonlarında da keçirilməsi nəzərdə tutulub. Bunun üçün AzQAC-ın yerli bölmələri və Regional Mərkəzləri təlimatlandırılmış və lazımi maarifləndirici vəsaitlərlə təmin olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et