Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, aprelin 15-də Respublikanın müxtəlif şəhər və rayonlarında keçirilən sınaq imtahanlarının nəticələri açıqlanıb. Sınaq imtahanlarının nəticələri artıq TQDK-nın rəsmi saytında yerləşdirilib.
(//www.tqdk.gov.az/sinaq2012netice/)
Qeyd edək ki, abituriyentlər həmçinin imtahan nəticələri barədə məlumatı mobil telefonla “İmtahancell” (Azercell nömrələrindən), “Cavab” (Bakcell nömrələrindən) və “Imtahan-info” (NAR Mobile) xidmətləri vasitəsilə də öyrənə bilərlər.
Anar RÜSTƏMOV