“Ayna-Zerkalo” və “Yeni Musavat” qəzetinin əməkdaşları İdrak Abbasov və Günay Musayeva döyülüblər
Sulutəpə qəsəbəsində Dövlət Neft Şirkəti işçilərinin sənədsiz evləri sökməsi zamanı iki jurnalist – “Aynna-Zerkalo” və “Yeni Musavat” qəzetinin əməkdaşları İdrak Abbasov və Günay Musayeva özlərini təhlükəsizlik xidmətinin əməkdaşları kimi qələmə verən şəxslər tərəfindən döyülüb.
Modern.az bildirir ki İdrak Abbasovun sökülən evləri videoya çəkməsi həmin adamları qəzəbləndirib və onlar jurnalistlərə hucum ediblər. Zərbələrdən İ.Abbasov huşunu itirib və o hazırda xəstəxananın reanimasiya şöbəsindədir.