Modern.az

Döyülən jurnalist: “Onlar yalvaran qadınları da dubinka ilə vururdular”

Döyülən jurnalist: “Onlar yalvaran qadınları da dubinka ilə vururdular”

18 Aprel 2012, 16:37

Sulutəpə qəsəbəsində sənədsiz evləri sökən Dövlət Neft Şirkətinin əməkdaşları tərəfindən döyülən “Yeni Musavat” qəzetinin əməkdaşı Gunay Musayeva Modern.az saytına hadisəni təfərüatı ilə danışıb.

O bildirib ki, jurnalist olaraq Sulutəpə qəsəbəsinə öncə o gəlib və orada insanların evlərinin söküldüyün müşahidə edib.

“”Zerkalo”nun əməkdaşı İdrak Abbasov hələ gəlməmişdi. Bir-iki şəkil çəkirdim ki, mənə yaxınlaşıb aparatı, sonra vəsiqəmi əlimdən aldılar. Hətta şəxsiyyət vəsiqəsini də göstərdim, sonradan onu da qaytarmadılar. Orada yaşayan insanları döyürdülər. Uşaqlar, qadınlar ağlaşırdılar. Onlara yalavaran qadınları da dubinka ilə döyməyə başlayanda biz İdrakla onların şəkilini çəkməyə başladıq. Elə bu anda əli dubinkalılar İdrakı yerə yıxıb, onun üstünə çıxdılar, elə bil ki, yun tapdalayırlar”.  

Gunay Musayevanın sözlərinə görə, həmin anda İdrak Abbasovun şəkilini çəkmək istəyəndə əli dubinkalılar ona yenidən hücum ediblər, digər fotoaparatını əlindən alıb, saçından tutub həm sifətinə, həm də kürəyinə yumruq vurublar.

“İdrak döyüləndə qardaşı köməyə gəlsə də, onu da vurmağa başladılar. İdrakın huşunu itirdiyini görəndən sonra onu “Semaşko” xəstəxanasına apardıq. Hazırda vəziyyəti pisdir. Mən də müxtəlif dərəcəli bədən xəsarəti almışam”.   

Döyülən jurnalist İdrak Abbasov

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi