Modern.az

DİN: “Jurnalistlərin döyülməsi ilə bağlı məsələ araşdırılacaq”

DİN: “Jurnalistlərin döyülməsi ilə bağlı məsələ araşdırılacaq”

18 Aprel 2012, 16:56

“Ayna-Zerkalo” və “Yeni Musavat” qəzetinin əməkdaşları İdrak Abbasov və Günay Musayevanın döyülməsi ilə bağlı məsələ araşdırılacaq. Bu barədə Modern.az saytına Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib.

  DİN rəsmisinin sözlərinə görə, zərərçəkən şəxslər polisə müraciət edəndən sonra ARDNŞ əməkdaşlarına qarşı cinayət işinin açılması ehtimalı var: “Hələki bu barədə məlumatımız yoxdur. Amma məsələ araşdırılacaq. Məsələ tam araşdırılandan sonra bu barədə məlumat veriləcək”.  

Xatırladaq ki, aprelin 18-də Sulutəpə qəsəbəsində Dövlət Neft Şirkəti işçilərinin sənədsiz evləri sökməsi zamanı iki jurnalist – “Ayna-Zerkalo” və “Yeni Musavat” qəzetinin əməkdaşları İdrak Abbasov və Günay Musayeva özlərini təhlükəsizlik xidmətinin əməkdaşları kimi qələmə verən şəxslər tərəfindən döyülüb. Məlumata görə jurnalistləri Dövlət Neft Şirkətinin əməkdaşları döyüb.    

Gültəkin Ələsgər
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu