Modern.az

QHT Forumunun İdarə Heyətinin yığıncağı keçirilib

QHT Forumunun İdarə Heyətinin yığıncağı keçirilib

18 Aprel 2012, 17:06

Milli QHT Forumunun (MQF) İdarə Heyətinin növbəti yığıncağı keçirilib. Forumdan Modern.az-a verilən məlumata görə, yığıncaqda bir sıra məsələlər müzakirə olunub. İlk olaraq 7 QHT (“Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası” İB, “Qadınlara Dəstək Assosiasiyası” İB, “Gələcək Sosial İnkişaf” İB, “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İB, “Yeni Mühit” İB, “Demokratik Azərbaycan Naminə Gənclərin” İB, “Mirzə Ələkbər Sabir “Fondu) MQF-yə üzv kimi qəbul olunub.

Sonra MQF İdarə Heyətində növbəti məsələ sektorların yenidən formalaşdırılması müzakirə olunub. MQF-nin prezindenti Rauf Zeyni “Demokratik dəyərlərin inkişafında QHT-lərin rolunun artırılması” layihəsi haqqında məlumat verib və layihənin sektorların inkişafına təsir göstərəcəyini bildirib. AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən layihənin  dəstəklənməsi müsbət qarşılanıb və QHT Şurasına minnətdarlıq bildirilib. Bu məsələ ilə əlaqədar olaraq sektorların yeni tərkibinin formalaşdırılması, bu işin yüksək səviyyədə davam etdirilməsi və İdarə Heyətinə təqdim olunması MQF-nin prezindetinə  həvalə olunub.

Digər məsələ MQF-nin İllik Hesabat Konfransında  irəli sürülən təkliflər barədə olub. MQF-nin maliyyə axtarışını sürətləndirmək, beynəlxalq donorlara müvafiq layihələrlə müraciət olunması, üzvlük haqlarının yığılmasının təmin olunması, dövlət sektoru ilə əlaqələrin intensivləşməsi, MQF-yə maliyyə ayrılması ilə əlaqədar ölkə rəhbərliyinə müraciətin hazırlanması qərara alınıb. 
Növbəti İdarə Heyətinə qədər MQF Bakı Şəhəri 11 rayonu üzrə koordinatorların təsdiq olunması işi MQF rəhbərliyinə həvalə olunub.
  MQF-nin Hüquq Departamentinin rəhbəri MQF-nin prezidenti tərəfindən İdarə Heyətinə təqdim olunub və Mehman Muradlı  MQF-nin Hüquq Departamentinin rəhbəri vəzifəsinə təsdiq olunub. Sonda cari məsələlər də müzakirə olunub. Qeyd edək ki, hal-hazırda 582 təşkilat MQF-nin üzvüdür.
 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu