Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) İctimai Palatanın aprelin 22-də keçirməyi planlaşdırdığı yürüş-mitinqlə bağlı müraciətinə cavab verib. Bu barədə Modern.az saytına Müsavat Partiyasından məlumat verilib. Bildirilib ki, BŞİH müxalifət qüvvələrininnövbəti mitinqini də Bibiheybət qəsəbəsi, 20-ci sahə, Sürücülük Məktəbinin həyətindəki meydançada keçirilməsi təklif edilib.
Hazırda bununla bağlı İctimai Palatanın Koordinasiya Şurasının iclasında müzakirələr aparılır.
Anar RÜSTƏMOV