Modern.az

Əflatun Amaşov döyülən jurnalistlərlə bağlı nazirə müraciət edib

Əflatun Amaşov döyülən jurnalistlərlə bağlı nazirə müraciət edib

18 Aprel 2012, 17:32

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün “Yeni Müsavat” qəzetinin əməkdaşı Günay Musayeva və jurnalist İdrak Abbasovun (“Zerkalo” qəzeti) peşə fəaliyyətini yerinə yetirərkən təzyiqlərlə üzləşmələri ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Orada deyilir ki, Mətbuat Şurasına daxil olan məlumata görə hər iki media təmsilçisi aprelin 18-də ARDNŞ-in Binəqədi rayonundakı 4-cü mədən ərazisində yerləşən tikililərin söküntü prosesi ilə bağlı material hazırlayarkən təzyiqlərlə üzləşib. Şirkətin işçiləri onların peşə vəzifələrini yerinə yetirmələrinə mane olmuş, G.Musayevaya təzyiq göstərərək fotoaparatını əlindən almışlar. İ.Abbasov isə fiziki təzyiqə məruz qalmaqla yanaşı digər həmkarı kimi təhqir olunub.

  Şura sədri müraciətində məsələnin ətraflı araşdırılacağına və qanuna müvafiq tədbir görüləcəyinə əminliyini vurğulayıb. 
Modern.az    
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu