Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun Türkiyənin Azərbaycandakı Səfirliyinin Kültür və Tanıtma Müşavirliyinin müşaviri Seyid Əhməd Arslanla MŞ-də aprelin 11-də baş tutan görüşündə tərəflər hər iki qurumun yaradıcılıq müsabiqəsi keçirməsi razılığına gəliblər. İki qardaş dövlət arasında diplomatik münasibətlər yaradılmasının 20 illiyinə həsr olunacaq bu müsabiqə “Azərbaycan-Türkiyə: qardaşlıqdan doğan tərəfdaşlıq” adlanır.
Münsiflər heyətinin qərarına əsasən ölkəmizin kütləvi informasiya vasitələrində bir ay (21 aprel – 21 may 2012-ci il) ərzində təqdim olunacaq ən yaxşı 7 mətbu materialın müəlliflərinin Türkiyənin müxtəlif görməli yerlərinə və tarixi bölgələrinə səfərləri təşkil olunacaq.
Bu barədə Şuradan Modern.az-a məlumat verilib.