Modern.az

70 yaşı tamam olan rektora “Şöhrət” ordeni verildi

70 yaşı tamam olan rektora “Şöhrət” ordeni verildi

18 Aprel 2012, 19:38

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş  Qarayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Modern.az saytı xəbər verir ki, Prezident  elm və təhsilin inkişafındakı xidmətlərinə görə Siyavuş Fərhad oğlu Qarayev “Şöhrət” ordeni ilə təltif edib.
Qeyd edək ki, aprelin 30-da ADNA-nın rektoru, kimya elmləri doktoru, professor S.Qarayevin ad günüdür, onun 70 yaşı tamam olur.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu