Modern.az

Cəbhə bölgəsində 700-dək şəhid ailəsinə sovqat verildi

Cəbhə bölgəsində 700-dək şəhid ailəsinə sovqat verildi

Aktual

20 Mart 2020, 11:10

Novruz bayramı respublikamızın bütün bölgələrində olduğu kimi cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da yüksək əhval ruhiyyə ilə qeyd olunur. Koronaviris infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələrinə əsasən rayon ərazisində Novruz bayramı münasibətilə kütləvi bayram tədbirləri məhdudlaşıdırılıb. Bununla belə qədim el bayramı olan Novruz rayon sakinləri arasında (kütləvi tədbirlər istisna olmaqla) və idarə, müəssisə və təşkilatlarda qeyd olunur.


Novruz bayramı ərəfəsində rayon sakinlərinin əməkhaqqı, pensiyə və müavinətləri, o cümlədən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün dövlət büdcəsindən ayrılan yeməkxərci müavinəti və kommunal xidmətlərdən istifadəyə görə vahid aylıq müavinət plastik kartlar vasitəsilə ödənilib.

Modern.az xəbər verir ki, rayonun 700-dək şəhid ailəsinə və  imtiyazlı ailələrə rayon İcra Hakimiyyəti tərəfindən bayram sovqatları verilib, onların bayramları təbrik edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et