Modern.az

Gürcüstanda koronavirusa yoluxanların sayı 44 nəfərə çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 44 nəfərə çatdı

Aktual

20 Mart 2020, 20:03

Gürcüstanda koronavirusa daha bir yoluxma halı təsdiqlənib.

Modern.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda bildirilib.

Bununla koronavirusa yoluxanların sayı 44-ə çatıb.

Qeyd edilir ki, hazırda karantində 1 925, stasionar nəzarətdə isə 271 nəfər saxlanılır.

Koronavirusa yoluxan pasiyentlərdən biri tam sağalaraq evə buraxılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et