Goranboy rayonunda qadının kürəkəni tərəfindən bıçaqlandığı məlum olub.
Modern.az "Report"a istinadən xəbər verir ki, Goranboy rayon sakini, 1981-ci il təvəllüdlü Leyla İsgəndər qızı İsgəndərova ailədaxili münaqişə zəminində kürəkəni, 1995-ci il təvəllüdlü Kürdoğlu Hüseynov tərəfindən bıçaqlanıb.
Dörd bıçaq xəsarəti alan qadın xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.
Modern.az "Report"a istinadən xəbər verir ki, qadın mübahisə zəminində qohumu tərəfindən bıçaqlanıb.
O, Goranboy rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.