Modern.az

İcra başçısı Millət vəkili ilə birgə şəhid ailələrini təbrik etdi - FOTO

İcra başçısı Millət vəkili ilə birgə şəhid ailələrini təbrik etdi - FOTO

Aktual

20 Mart 2020, 22:44

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı və Millət vəkili Novruz bayramı münasibətilə şəhid ailələrini təbrik edib.

 

Modern.az  xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Millət vəkili Anar Məmmədov  Novruz Bayramı münasibətilə görüntülü olaraq telefonla şəhid ailələrini təbrik edib.

 

Bu bayramın Azərbaycan xalqının ən əziz bayramı olduğunu bildirilib,  şəhidlərimizi, onların ailə üzvlərini hər zaman diqqət mərkəzində saxlamağın və şəhid adını uca tutmağın hər bir kəsin vətəndaşlıq borcu olduğu vurğulanıb.

Daha sonra şəhər rəhbəri və Millət vəkili ölkəmizin ərazi bütövlüyünün qorunması naminə canlarını fəda edərək şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarına Tanrıdan rəhmət diləyiblər.
       

Nümayəndələr tərəfindən şəhid ailələrinə bayram hədiyyələri təqdim edilib və bildirilib ki, şəhid ailələrinin sosial vəziyyətinin və maddi rifahının yaxşılaşdırılması möhtərəm cənab Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir.

Twitter
Sizə yeni tvit var
Keçid et