Modern.az

“Nissan” İspaniyadakı minlərlə əməkdaşını işdən çıxardı

“Nissan” İspaniyadakı minlərlə əməkdaşını işdən çıxardı

Dünya

22 Mart 2020, 09:28

Yaponiyanın “Nissan” avtomobil şirkəti koronavirusa görə İspaniyadakı zavodunun 3 min əməkdaşını müvəqqəti olaraq işdən çıxarıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Kiodo” agentliyi bildirib.

 

Qeyd edilir ki, Barselonadakı zavod martın 13-də işini dayandırıb. Həmçinin konsernin İngiltərədəki zavodunun da işi hələlik qeyri-müəyyən vaxta dayandırılıb.

 

İspaniyada COVID-19 infeksiyasına yoluxanların sayı 25 min nəfərə çatıb. Ölkədə 1 326 nəfər pandemiyanın qurbanı olub.

 

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib. Dünyada artıq 266 mindən çox insan koronavirusa yoluxub, 11 mindən çox insan virusun qurbanı olub.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi